Dünya üzrə koronavirusa yoluxan xəstələrin sayı..

Leyla Aliyeva 27/06/2020

Dünya üzrə koronavirusa yoluxanların sayı 9 milyon 912 min 223-ə çatıb. 

"Xəbərburo" xəbər verir ki, 213 ölkədə yayılan koronavirus pandemiyası bu günə qədər 497 067 nəfərin həyatına son qoyub, 5 362 500 xəstə infeksiya ilə mübarizədə qalib gəlib. Son statistikaya görə aktiv koronavirus xəstələrinin sayı 4 052 656 nəfər təşkil edir.


Yoluxma və ölüm hallarına görə birinci yerdə ABŞ (2 552 956 yoluxma, 127 640 ölüm) qərarlaşıb. ABŞ-dan sonra ilk beşlikdə yer alan ölkələr:

Braziliya (1 280 054 yoluxma , 56 109 ölüm);
Rusiya (620 794 yoluxma, 8 781 ölüm);
Hindistan (509 737 yoluxma, 15 700 ölüm);
Böyük Britaniya (309 360 yoluxma, 43 414 ölüm);
İspaniya (294 985 yoluxma, 28 338 ölüm).